|

Abunə şöbəsi
“Qaya” Mətbuat Yayımının aparıcı şöbəsi olmaqla bərabər
qəzet və jurnalların abunəçiyə çatdırılmasında analoqu
olmayan yeni xidmət sahəsidir. Abunə xidmətinin bir sıra
üstün cəhətləri var ki, bunlara: abunəçidən abunə
olduğu nəşrlərin pulunun əvvəlcədən alınmaması, qəzet və
jurnalların çatdırılma vaxtının abunəçi tərəfindən təyin
olunması, abunənin müddətsiz olması, abunəçinin
istənilən vaxt aldığı qəzet və jurnalların siyahısında
dəyişiklik etməsinin mümkünlüyü aiddir.
Qəzet və
jurnalların abunəçiyə operativ çatdırılması üçün Bakı
şəhəri 20 sektora bölünüb, hər bir sektorun təlimatçısı
və press-kuryerləri var. Qəzet və jurnallar çeşidləmə
mərkəzində bölündükdən sonra səhər saat 07-00-a qədər
bütün sektorlara çatdırılır. Təlimatçı abunə filialına
daxil olan qəzet və jurnalları press-kuryerlər arasında
bölür və onların abunəçilərə çatdırılmasına nəzarət
edir. 25 minə yaxın abunəçiyə xidmət göstərən “Qaya”
Mətbuat Yayımı özünün iş fəaliyyətində hər bir
abunəçisinin arzu və istəklərini rəhbər tutur. Bunun
nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox
beynəlxalq təşkilatlar, səfirliklər bizim
abunəçilərimizdir.
Abunə olmaq üçün 465-67-13:
564-48-96:
564-63-45 nömrələrinə zəng etməniz
kifayətdir.
|