Əliyev
Xanhüseyn Gülhüseyn oğlu 17 fevral 1958-ci ildə Hacıqabul rayonunda anadan
olmuşdur. 1975-ci ildə 5 saylı orta məktəbi bitirdikdən sonra Şirvan şəhəri
drenaj zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1979-cu ildə hərbi
xidməti başa vurduqdan sonra Litva Respublikasının DİN-də çalışmışdır. 1991-ci
ildə Vilnyus Dövlət Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra
təyinatla Azərbaycan Respubli-kasına
qayıtmış və Azərbaycanın hüquq-mühafizə orqanlarında işləmişdir. 1995-ci ildə 37
yaşında təqaüdə çıxdıqdan sonra “Qaya” Mətbuat Yayımına rəhbərlik etmişdir.
Ailəlidir. 2 övladı var.