“Qaya”
Mətbuat Yayımı 6 yanvar 1994-cü ildən
fəaliyyətə başlamışdır. MDB məkanında ilk özəl
mətbuat yayımı şirkəti olan “Qaya” Respublikada
yerli və xarici nəşrlərin yayımı ilə məşğul olan
aparıcı şirkətlərdən biri olmaqla bərabər eyni
zamanda mətbuat yayımı şirkətləri sırasında ən
böyük vergi ödəyicisidir. “Qaya”
nın işində operativlik və hər bir müştərinin
arzu və istəklərinin nəzərə alınması prinsipi
rəhbər tutulur. Hazırda
Respublikanın 26 rayonunda filialları, Bakı
şəhərində 21 köşkü, abunə şöbələri və
topdansatış mərkəzləri fəaliyyət göstərir. 1997-
ci ildən etibarən firmanın gəlirləri hesabına
fermer təsərrüfatı, kafe, asfalt zavodu və
“İmpuls”qəzeti redaksiyası fəaliyyət göstərir.