|
Bu şöbə firmanın
strateji mərkəzidir. Qəzet və jurnalların
yayımı ilə bağlı olan məlumatlar və
sifarişlər bütün şöbələrdən bu şöbəyə daxil
olur. Bu məlumatlar əsasında operativ olaraq
sifarişlərə dəyişikliklər edilir. Marketinq
şöbəsi Azərbaycanda, Gürcüstanda, Rusiyada
fəaliyyətdə olan redaksiyalarla və yayım
firmaları ilə birbaşa əlaqə saxlayır, “Qaya”
Mətbuat Yayımı şirkətinin abunəçilərinin və
topdansatış şöbələrinin sifarişlərini onlara
çatdırır. Marketinq şöbəsi Azərbaycan
xalqının intellektual, elmi biliklərinin
artmasında köməyi olan, kataloqumuzdakı
2000-dən çox yerli və xarici nəşrlərin
şirkətin bütün şöbələrinə çatdırılmasına
nəzarət edir.
Marketinq şöbəsinin e mail ünvanları:
qaya_az@azeronline.com
, menecer@qaya.az |